BAYRAQDAR MEDİA – Noyabrın 30-da xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirak etmək məqsədilə Polşa Respublikasına işgüzar səfərə yola düşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində, həmçinin nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.