Son yeniləmə: 30 Noyabr 2022 10:31
BAYRAQDAR MEDİA – Kazan tatar milli hərəkatının müstəqil qeyri-hökumət təşkilatı olan Bütün Tatar İcma Mərkəzi Ukrayna parlamentini Tatarıstanın müstəqilliyini tanımağa çağırıb.
Bu barədə məlumatda deyilir ki, Bütün Tatar İcma Mərkəzi dekabrın 3-də saat 14.00-da Antalyada Tatarıstanın müstəqilliyinin tanınmasına dəstək üçün mitinq keçirəcək.
Kazan tatarlarının aparıcı adlarından biri və Bütün Tatar İcma Mərkəzinin (Tatar Sosial Mərkəzi/BTTM) rəhbəri Farit Zəkiyev Ukrayna parlamentini Tatarıstanın müstəqilliyini tanımağa çağırıb: “1992-ci il martın 21-də Tatarıstan referendumunun beynəlxalq səviyyədə tanınması istiqamətində ilk addımı atın”.