Son yeniləmə: 29 Noyabr 2022 16:41
BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə regionlarda fəaliyyət göstərən sahibkarlar arasında istehlakçı hüquqlarının müdafiəsi sahəsində görüşlərin keçirilməsi davam etdirilir. Növbəti görüş Şamaxı şəhərində Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla təşkil olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 29-da Dövlət Xidmətindən bildirilib.
Qeyd edilib ki, görüşdə quruma ünvanlanan istehlakçı müraciətləri təhlil edilib, bununla bağlı müzakirələr aparılıb. Həmçinin, bu sahədə qanunvericiliyin tələbləri barədə məlumat verilib, istehlakçı məmnuniyyəti və istehlakçı hüquqlarının təmin edilməsinin vacibliyi vurğulanıb.
O da bildirilib ki, bundan əvvəl Gəncə və Cəlilabad şəhərlərində Dövlət Xidməti ilə sahibkarlar arasında görüşlər keçirilib.