Press "Enter" to skip to content

Müdafiə Nazirliyi rusları maarifləndirməyə davam edir

Müdafiə Nazirliyi

BAYRAQDAR MEDİA – “Təəssüflə bildiririk ki, dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən narazılıq ifadə olunmasına baxmayaraq Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adlarının erməni toponimləri ilə qeyd olunması yenə də davam edir.”

Bu sözlər MN-nin noyabrın 28-də gecə yaydığı açıqlamadandır.

Açıqlamada daha sonra deyilir: “Qarabağ iqtisadi rayonunun “Dağlıq-Qarabağ ərazisi” kimi qeyd edilməsinə son qoyulmalıdır. Ümumiyyətlə, Azərbaycan ərazilərinin uydurma erməni toponimləri ilə ifadə olunması yolverilməzdir.

“Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını yaşayış məntəqələrimizin adlarının onlara göndərilən rəsmi sənədlərə müvafiq şəkildə ifadə etməyə çağırırıq.

“28.11.2022-ci il tarixində Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatında “Mardakert”, “Martuni”, “Madagiz” və “Getavan” kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq Ağdərə, Xocavənd, SuqovuşanQozlukörpüdür”.

Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti bölgədə yerləşdiyi iki ildən artıq müddətdə daim erməni bölücülərin mövqeyindən çıxış etməsi ilə diqqət çəkir. Bu isə Rusiyanın tərəfsiz vasitəçi olmasıyla bağlı mövqeyinə şübhə yaradır. Ona görə də Azərbaycan ictimaiyyəti Ermənistanla münasibətlərin tam olaraq tənzimlənə bilməməsinin əsl səbəbkarı kimi Rusiyanı görür. Əlbəttə, haqlı olaraq.

Mission News Theme by Compete Themes.