Press "Enter" to skip to content

İsveşdə İran rejiminin cinayətlərinə etiraz

Əslən Gnüey Azərbaycanlı Ayda Karimli Bilginin Azərbaycan türkcəsindəki çıxışı böyük maraqla qarşılanıb

Son yeniləmə: 29 Noyabr 2022 09:22

Əslən Güney Azərbaycandan olan Ayda Kərimli Bilginin aksiyada öz ana dilində çıxışı alqışlarla qarşılanıb

BAYRAQDAR MEDİA – İranda mövcud rejim əleyhinə etirazlar artıq üçüncü aydır ki, davam edir.

Xatırladaq ki, bu ölkədə etirazlar sentyabrda başörtüsü qərarını pozmaqda günahlandırılaraq əxlaq polisi tərəfindən saxlanılan, daha sonra saxlanma kamerasında dünyasını dəyişən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb.

İranda təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı amansız davranması nəticəsində etirazlar başlayandan bəri aksiya iştirakçıları arasında ölənlərin sayı 450-ni ötüb. İran rejiminin qüvvələri tərəfindən qətlə yetirilənlər arasında Güney Azərbaycanlı xanımlar Hədis Nəcəfi və Aylar Həqqi də var. Bu da fars-molla rejiminin amansızlığını, faşist mahiyyətini bir daha üzə çıxarır.

İranın fars-molla rejiminin dinc etirazçılara divan tutması xaricdə ciddi etirazla qarşılanıb. Belə aksiyalardan biri də İsveçin Göteborg şəhərində keçirilib.

Mahmud Bilgin (solda) və Ayda Kaimli Bilgin (sağda) aksiya zamanı
Mahmud Bilgin (solda) və Ayda Kəimli Bilgin (sağda) aksiya zamanı

Bu barədə BAYRAQDAR MEDİA-ya Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin məlumat verib.

Onun sözlərinə görə, aksiya Sərhədsiz Həkimlər Təşkilatının təşkilatçılığı ilə keçirilib: “İran rejiminin dinc etirazçılara qarşı zorakılıqlarına etiraz üçün təşkil edilən aksiyada qızım, İsveç əyalət parlamentinin vəkili, Mərkəz Partıyasının üzvü Ayda Kərimli Bilgin çıxış edib. Onun Azərbaycan türkcəsində çıxışı aksiya iştirakçıları tərəfindən alqışla qarşılanıb. Aksiyada “Qadın. Yaşam. Azadlıq” şüarı səsləndirilib və İrandakı etirazçılarla həmrəylik nümayiş etdirilib”.

Mission News Theme by Compete Themes.