Press "Enter" to skip to content

Azərbaycan Ordusunda “Snayper hazırlığı kursu” – VİDEO

BAYRAQDAR MEDİA – 2022-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda “Snayper hazırlığı kursu” keçirilir.

Bu barədə BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədris proqramına uyğun olaraq yüksək hərbi biliyə və təcrübəyə malik zabitlər tərəfindən kursantlara müxtəlif snayper silahlarının taktiki-texniki xüsusiyyətləri və onların istismar qaydaları öyrədilir. İştirakçıların snayper silahından istifadə vərdişlərinin artırılması üçün praktiki atışlar icra edilir.

Hərbi qulluqçuların döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə təşkil olunan kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim ediləcək.

Mission News Theme by Compete Themes.