Press "Enter" to skip to content

45 minə yaxın şagird müraciət edib

Son yeniləmə: 29 Noyabr 2022 15:57

BAYRAQDAR MEDİA – Respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesi başa çatıb.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Məlumatda qeyd edilib ki, ümumilikdə 45 minə yaxın şagird qeydiyyatdan keçib.

Qeydiyyatdan keçən şagirdlər bu platforma üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinin “Ümumi məlumatlar” hissəsindən buraxılış vərəqələrini əldə edə bilərlər: “Buraxılış vərəqələrinin əldə edilməsi ilə əlaqədar yaranmış çətinliklərlə bağlı +994 50 791 46 31 vatsap nömrəsinə yazılı şəkildə müraciət etmək mümkündür. Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 24-də onlayn qaydada, digər fənlər üzrə isə dekabrın 25-də əyani şəkildə əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək”.

O da qeyd edilib ki, 2022-2023-cü tədris ili üçün respublika fənn olimpiadalarında edilən əsas dəyişiklik IX, X və XI siniflərlə yanaşı, VIII sinif şagirdlərinin də olimpiadada iştiraklarının təmin edilməsidir: “Respublika fənn olimpiadaları “Kapital Bank” ilə əməkdaşlıq əsasında həyata keçirilir”.

Mission News Theme by Compete Themes.