Press "Enter" to skip to content

Əkbər Qoşalıya daha bir mükafat

Medal təqdim edilərkən

Son yeniləmə: 29 Noyabr 2022 14:33

Şair-publisist qardaş Tatarıstanın Mədəniyyət Nazirliyinin “Mədəniyyət sahəsində uğurlara görə” medalı ilə təltif edilib

BAYRAQDAR MEDİA – Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı Tatarıstan Respublikası Mədəniyyət Nazirliyinin “Мәдәнияттәге казанышлар өчен” – “Mədəniyyət sahəsində uğurlara görə” medalı ilə təltif edilib.

BAYRAQDAR MEDİA xəbər verir ki, medalı Bakıda səfərdə olan Tatarıstan Dövlət Şurasının deputatı, Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi, Dövlət Mükafatı laureatı Rkail Zəydulla təqdim edib.

Qeyd edək ki, Əkbər Qoşalı qardaş xalqlar arasında, o cümlədən Tatarıstanla ədəbi-mədəni əlaqələrin qurulması, gücləndirilməsi yönündə uzun illərdir səmərəlui fəaliyyət göstərir.

O, “Gənc tatar şeiri” antologiyasını Bakıda nəşr etdirib, bir neçə tatar yazarını yaradıcılıq örnəklərinin azərbaycancaya çevrilərək yayınlanmasını, onların respublikamızda keçirilən beynəlxalq ədəbiyyat tədbirlərində iştirakını təşkil edib.

Əkbər Qoşalı Tatarıstanda keçirilən bir neçə ədəbi-mədəni tədbirdə çıxış edib.

Mission News Theme by Compete Themes.