Press "Enter" to skip to content

“Şuşa mədəniyyətinin inciləri”ndə “Balıq” xalçası

Son yeniləmə: 28 Noyabr 2022 17:44

BAYARQDAR MEDİA – Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Qarabağ xalçaçılıq məktəbi – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa qrupuna aid “Balıq“ xalçasına həsr olunub.

Bu barədə Nazirlikdən məlumat verilib.

Məlumatda bildirilib ki, Qarabağ qrupuna aid “Balıq” adlı məşhur xalça kompozisiyası öz adını ara sahəsində balıq formasına bənzəyən naxışdan alıb: “Xalçanın əsas istehsal edildiyi yer Bərdə şəhəri, XVIII əsrin II yarısından isə Şuşa olub. Xalça “Əfşan” kompozisiyası əsasında qurulub. Təqdim olunan “Balıq” xalçasının ara sahəsində naxışların tərtibatı simmetrik və fasiləsiz rapport əsasında verilib. Burada ara sahə və haşiyə quruluşları naxış tərtibatı ilə yanaşı, həm də Qarabağ xalçaçılığına məxsus xüsusi rəng ahəngdarlığına malikdir”.

Qeyd edilib ki, bir qayda olaraq, bu xalçalar böyük və uzunsov ölçüdə toxunur: “Bu kompozisiyalı dəst xalı-gəbələr XIX əsrdə Qarabağda çox məşhur idi”.

Mission News Theme by Compete Themes.