Son yeniləmə: 28 Noyabr 2022 20:09
BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Xəbəri noyabrın 28-də Prezidentin Mətbuat xidməti yayıb.
Sərəncamla Prezident qərara alıb ki;
1. “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Əlavə edək ki, 2023-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur. O, 10 may 1923-cü ildə anadan olmuş, 2003-cü ilin 12 dekabrında dünyasını dəyişmişdir.