BAYRAQDAR MEDİA – F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə eşitmə və nitq məhdudiyyətli uşaqlarla “Oxu saatı”nda görüş keçirilib.
Bu barədə kitabxanadan bildirilib.
Qeyd edilib ki, “Oxu saatı”nın qonağı – Qüsursuz Nitq və Korreksiya Mərkəzinin direktoru, defektoloq – loqoped Esmira Qafarova olub: “Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li xüsusi internat məktəbinin şagirdləri mərkəzdə dünya xalqlarının müxtəlif nağıllarını dinləyiblər. Nağılları jest dilinə Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İB-nin sədr müavini, jest dili təlimçisi və tərcüməçisi Könül Quliyeva tərcümə edib”.
Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların sosial təlabatını təmin etmək, həmçinin onlarda kitaba olan marağı artırmaqdır.