Press "Enter" to skip to content

İşə qəbul müsabiqəsinin nəticələri

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Son yeniləmə: 28 Noyabr 2022 14:11

BAYRAQDAR MEDİABakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələri bəlli olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 28-də qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müsabiqənin müsahibə mərhələsində uğurlu nəticə göstərən 22 nəfərdən 19-u vakansiya seçimi prosesinin nəticələrinə uyğun olaraq işə qəbul hüququ qazanıb: “Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsi üzrə işə qəbul hüququ qazanmış şəxslər şəxsi işləri ilə birlikdə müvafiq ümumi təhsil müəssisəsinə müraciət edə bilərlər.Qeyd edək ki, 08.05.2018-ci il tarixində təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müəssisələrdə vakant olan Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırmaqla təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir”.

Mission News Theme by Compete Themes.