Son yeniləmə: 28 Noyabr 2022 10:19
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatarın Türkiyəyə növbəti səfəri başa çatıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya KKTC Cümhurbaşqanlığından məlumat verilib.
Bildirilib ki, dörd günlük Türkiyə proqramı çərçivəsində Diyarbekir, Malatya, Adıyaman və Qaziantepdə olan E.Tatar iştirak etdiyi görüşlər və konfranslar haqqında qiymətləndirmələr edərək, Kıbrısda iki ayrı xalqın, iki ayrı dövlətin reallığının qəbul edilməsinin vacib olduğunu vurğulayıb.
Səfər zamanı Diyarbekirdə adını daşıyan parkın açılışında iştirak edən E.Tatar həmçinin Decle Universiteti, İnönü Universiteti və Adıyaman Universitetində Doğu Akdenizdəki proseslərlə bağlı konfranslar verib.
GAP Gazeteciler Birliğinin dəvəti ilə jurnalistlərlə də görüşdüyünü ifadə edən E.Tatar, noyabrın 15-də keçirilməsi planlaşdırılan, lakin Türkiyədəki xain terror aktı səbəbindən ləğv edilən KKTC-nin Qaziantepdəki Baş Konsulluğunun təşkil etdiyi bayram ziyafətində də iştirak edib.