Son yeniləmə: 28 Noyabr 2022 11:08
BAYRAQDAR MEDİA – Türkiyə Xarici İşlər Nazirliyi Doğu Türküstanın Urumçi şəhərində baş verən yanğında həyatını itirənlərlə bağlı başsağlığı mesajı yayıb.
Kırım Haber Ajansının məlumatına görə, Türkiyə Çin rəsmilərindən yanğınla bağlı izahat tələb edib.
Xatırladaq ki, noyabrın 24-də gecə yarısı Doğu Türküstanın paytaxtı Urumçidə yaşayış binasında baş verən yanğında 10-dan çox Uyğur türkü həyatını itirib, çoxlu sayda insan yaralanıb.
Məlumata əsasən, Çin səlahiyyətlilərinə müraciət edən Türkiyə XİN-in açıqlamasında “Yanğının səbəbi ilə bağlı ictimaiyyətin məlumatlandırılmasını gözləyirik” ifadəsi işlədilib: “Diplomatik mənbələrdən verilən məlumata görə, Nazirlik Çin rəsmilərindən yanğının baş vermə səbəbləri ilə bağlı aydınlıq tələb edib”.
Çin Halk Cumhuriyeti’nin Sincan Uygur Özerk Bölgesi'ndeki Yangın Hk. https://t.co/uAkeaFs4VZ pic.twitter.com/xI7N6rbs7u
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) November 26, 2022
Agentliyin məlumatında deyilir ki, Urumçidə mənzildə baş verən yanğında aralarında uşaqların da olduğu çoxlu uyğur türkü həyatını itirib. Çinin “Sıfır COVID” siyasətinə görə qapıları çöldən bağlı olan Uyğur türklərinin çölə çıxmasına icazə verilməyib.
Gecə yarısı elektrik cərəyanından baş verən yanğında 21 mərtəbəli binanın 5 mərtəbəsi yanıb. 4 saat davam edən yanğına yanğınsöndürənlər çox gec müdaxilə edib. Çin mediası ölənlərin sayının 10 nəfər olduğunu bildirib. Lakin yerli mənbələr 40-dan çox itki olduğunu bildirir. Əri və böyük oğlu həbs düşərgəsində olan ailənin 4 üzvü – ana və 3 övladı yanaraq həlak olub. İlkin məlumata görə, ana Kəmbərnisə Əbdürrəhman (48), övladları İmran (5), Şəhidə (8) və Nehilə (14) evlərinin kilidli olması səbəbindən mənzildən çıxa bilməyiblər.
Urumçi'de çıkan yangında 10'dan fazla Uygur Türkü hayatını kaybetti
🔗https://t.co/9Xaj31C5Af pic.twitter.com/r6FdLJbIcl— QHA – Kırım Haber Ajansı (@qha_kirimhaber) November 25, 2022