Son yeniləmə: 28 Noyabr 2022 14:59
BAYRAQDAR MEDİA – Doğu Türküstanın paytaxtı Urumçidə baş verən yanğın barədə məlumat vermişdik. Bu arada isə bəlli olub ki, həmin yanğından sonra başlayan “karantinə yox” aksiyaları getdikcə böyüyür.
Kırım Haber Ajansının məlumatında belə deyilir. Bildirilir ki, 100 gündür davam edən “Sıfır covıd” siyasəti bəhanəsi ilə xalqı evlərinə qapadan Çin rejiminə qarşı evlərdə başlayan etirazlar noyabrın 24-də gecə yarısı Urumçidə baş verən yanğından sonra artıq küçələrə daşınıb. Urumçidə aralarında çinli də daxil olmaqla bir çox insan Çin rejimi əleyhinə şüarlar səsləndirərək “karantin ləğv edilməlidir”, – deyib.
#DoğuTürkistan'da 100 günlük karantina ve dün meydana gelen yangında Uygur Türklerinin çaresizce hayatını kaybetmesinin ardından Urumçi'de halk sokaklara döküldü!
🔗https://t.co/50ruh1hkyr pic.twitter.com/NRF0C98wnk— QHA – Kırım Haber Ajansı (@qha_kirimhaber) November 25, 2022
Xatırladaq ki, Doğu Türküstanda sərt karantin tədbirləri həyata keçirilib. Bu çərçivədə uyğur türklərinin yaşadığı evlərin və mənzillərin girişləri dəmir barmaqlıqlarla bağlanıb.
Çin’in 4 aydır insanları ölüme mahkum eden sıkı karantina uygulamalarına tepki göstermek için #Urumçi’de başlayan protestolara, #DoğuTürkistan’ın Korla şehrindeki halk da katıldı! pic.twitter.com/lfbA6BGFp1
— QHA – Kırım Haber Ajansı (@qha_kirimhaber) November 26, 2022
Noyabrın 24-nə keçən gecə Urumçidə bir mənzildə baş verən yanğın zamanı mənzilin girişi bağlı olduğundan ətrafda yaşayan uyğur türklərinin yanğına müdaxilə edə bilməməsi diqqətdən yayınmayıb.
Məlumata əsasən, noyabrın 25-də Urumçidə başlayan etirazlar Pekinə də keçib: “Pekinin bir çox yerində insanlar küçələrə axışıblar. Etirazçılar təcrid barrikadalarını dağıdıblar.
Urumçidə başlayan etirazlara Doğu Türküstanın Korla şəhərindəki insanlar da qatılıb. Kaşqarın Yengisar rayonuna da keçib. Bölgədən çəkilən görüntülərdə Çin polisinin etirazçılara sərt müdaxiləsi əks olunub.