Press "Enter" to skip to content

Ceyhun Bayramov Maykl Zibert ilə görüşüb

BAYRAQDAR MEDİA – Noyabrın 28-də xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa Bilriyi (AB) Xarici Fəaliyyət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya, regional əməkdaşlıq və ATƏT üzrə icraçı direktoru Maykl Zibert arasında görüş keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya XİN-dən məlumat verilib.

Bildirilib ki, görüş zamanı, Azərbaycan-AB əməkdaşlığının müxtəlif aspektləri, Azərbaycan-Ermənistan normallaşması prosesi, enerji təhlükəsizliyi, kommunikasiyalar və nəqliyyat sahəsində AB ilə əldə olunmuş razılıqlar üzrə əməkdaşlığın perspektivləri, habelə regionda baş verən proseslər üzrə fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, nazir C.Bayramov Azərbaycanın sülh gündəliyi üzrə səyləri, Ermənistan tərəfindən prosesə maneçilik cəhdləri, eləcə Üçtərəfli Bəyanatlar çərçivəsində öhdəliklərin kobud şəkildə pozulması, erməni silahlı birləşmələrinin hələ də ərazilərimizdən tam olaraq çıxarılmaması, Laçın yolundan hərbi məqsədlər üçün sui-istifadə halları və mövcud mina təhdidləri barədə qarşı tərəfə ətrafı məlumat verib.
Görüşdə, tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Mission News Theme by Compete Themes.