Press "Enter" to skip to content

Bolqarıstanın əhalisinin 8,4 faizi türklərdir

Son yeniləmə: 28 Noyabr 2022 12:20

BAYRAQDAR MEDİA – 6,5 milyonluq Bolqarıstanın əhalisinin 8,4 faizi türk əsillidir.

Bununla bağlı məlumatda deyilir ki, Bolqarıstan Milli Statistika İnstitutu ölkədə 2021-ci il siyahıyaalınmasının təfərrüatlarını özündə əks etdirən sənəd dərc edib: “İnstitutdan verilən məlumata görə, hazırlanan statistik məlumatlar vətəndaşların sərbəst şəkildə bəyan edilən şəxsi məlumatlarına əsaslanır. Statistikaya görə, 6 milyon 519 min 789 nəfərin yaşadığı Bolqarıstanda 508 min 378 nəfər türk əsillidir. Bu halda Bolqarıstandakı türklər əhalinin 8,4 faizini təşkil edir. Bolqarlar əhalinin 78,7 faizini, qaraçılar isə 4,4 faizini təşkil edir”.

Qeyd edilib ki, Bolqarıstan türklərinin 38,4 faizi böyük şəhərlərdə yaşayır: “Ölkənin 5 şəhərinin əhalisinin əhəmiyyətli hissəsini türklər təşkil edir. Bolqar türkləri Kırcalidə əhalinin 64,5, Razqradda 50,4, Tarqoviştedə 37,7, Silistrada 37,1, Şumendə isə 31,3 faizini təşkil edir”.

Mission News Theme by Compete Themes.