Press "Enter" to skip to content

AZƏRTAC-ın yeni sədri təyin edilib

Prezident İlham Əliyev

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, bir müddət öncə Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovu işindən azad etmişdi.

Prezident Aslan Aslanovu işdən çıxardı

Noyabrın 28-də bəlli olub ki, ölkə başçısı bu vəzifəyə yeni təyinatla bağlı Sərəncam verib.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Xəbərdə deyilir ki, bu vəzifəyə Vüqar Əliheydər oğlu Əliyev təyin edilib.

Əlavə edək ki, bir müddət jurnalistika sahəsində, o cümlədən də AZƏRTAC-da işləmiş V.Əliyevin hazırkı təyinata qədərki sonuncu iş yeri Prezident Administrasiyası olub. Peşəkarlığı və məsuliyyətliliyi ilə fərqlənən nisbətən gənc kadrlardandır.

Mission News Theme by Compete Themes.