Press "Enter" to skip to content

“Azərbaycan Turizm Sammiti 2022” bu tarixdə keçiriləcək

Son yeniləmə: 28 Noyabr 2022 17:42

BAYRAQDAR MEDİA – Dekabrın 8-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Azərbaycan Turizm Sammiti 2022” tədbiri keçiriləcək. Sammit turizm sahəsindəki inkişaf tendensiyalarını, o cümlədən marketinq, regional inkişaf və turizm siyasəti məsələlərini müzakirə etmək məqsədilə keçirilir.

Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 28-də Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə “Turizm sektorunda dövlət siyasəti və bazar tənzimlənməsi: Azərbaycanda əsas istiqamətlər və yanaşmalar”, “İşğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı”, “Əsas hədəf bazarlarında marketinq fəaliyyəti” və “Turizm sənayesində mövcud vəziyyət və planlar” mövzularına həsr olunmuş 4 panel çərçivəsində müzakirələr aparılacaq.

Bakı Konqres Mərkəzində olacaq tədbirdə turizm sənayesinin üzvləri, dövlət və özəl sektor nümayəndələri iştirak edəcək.

Tədbirdə iştirak etmək üçün 4 dekabr saat 18:00-dək bu link vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Mission News Theme by Compete Themes.