Press "Enter" to skip to content

ABŞ birbaşa Azərbaycan-Ermənistan danışıqlarını təqdir edir

Prezidentin qəbulundan görüntü

BAYRAQDAR MEDİA – Noyabrın 28-də Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

ABŞ dövlət katibi Entoni Blinkenin salamlarını Prezidentə çatdıran F.Rikerə təşəkkür edən İ.Əliyev onun da salamlarını E.Blinkenə çatdırmağı xahiş edib.

“Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların aparılması ilə bağlı xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçirilmiş görüş ətrafında fikir mübadiləsi aparıldı”, – deyə xəbərdə bildirilir.

Daha sonra qeyd edilir ki, E.Blinkenin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini daim diqqətdə saxlaması yüksək qiymətləndirilib.

Bu görüş haqqında ABŞ-ın Azərbaycandakı səfirliyi də sosial media hesabında paylaşım edib.

ABŞ səfirliyi eyni zamanda məlumat yayıb ki, F.Riker gün ərzində xarici işlər naziri Ceyhun Bayramovla da görüşüb. Səfirlik F.Rikerin Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlara ABŞ-ın dəstəyini davam etdirdiyini vurğuladığını yazıb.

Mission News Theme by Compete Themes.