Press "Enter" to skip to content

Serbiya ilə Kosova razılığa gəlib

Serbiya Prezidenti Aleksandr Vuçiç (sağda), Kosovonun Baş naziri Albin Kurti və AB nümayəndəsi Cozef Borel

Son yeniləmə: 9 Dekabr 2022 10:15

BAYARQDAR MEDİASerbiya və Kosovo arasında şəxsiyyət vəsiqəsi və avtomobil nömrə nişanları ilə bağlı yaranan problem həll olunmaq üzrədir. Tərəflər bununla bağlı razılığa gələ biliblər.

Kosovanın aş naziri Albin Kurti parlamentdəki çıxışında bunu bəyan edib.

Məlumata əsasən, A.Kurti parlamentdəki çıxışında Kosova tərəfinin əsas məqsədinin Fransa və Almaniyanın təklifini müzakirə etmək olduğunu bildirib: “Bu təklif şimal qonşumuz Serbiya ilə Avropaya layiq əlaqələr qurmağımıza imkan verəcək”.

Baş nazir bəyan edib ki, yekun razılıq əldə edildikdən sonra nömrə tətbiqi mənasını itirəcək.

Öz növbəsində tərəflərin razılığa gəldiyini açıqlayan AB Ali Komissarı Josep Borrell, razılaşmaya əsasən Serbiyanın Kosovada şəhər adları olan avtomobil nömrələrinin verilməsini dayandıracağını, Kosovanın isə mübahisəli nömrə tətbiqinə son qoyacağını açıqlayıb.

Mission News Theme by Compete Themes.