Son yeniləmə: 26 Noyabr 2022 10:15
BAYRAQDAR MEDİA – Güney Kıbrısın mətbuatı rum kəsimində baş verən bir geriləməyə diqqət çəkib. Mətbuat Güney Kıbrıs Rum Statistika İdarəsinə istinadən belə bir məlumat yayıb ki, 2011-ci ildə 9 min 930, bu ilin ilk 4 ayında isə yalnız 2 min 204 doğuş qeydə alınıb.
Məlumatda qeyd edilir ki, bu doğuşların 38 faizi əcnəbi analar tərəfindən həyata keçirilib.
Bildirilib ki, hazırda Güney Kıbrıs əhalisi 918 min 100 nəfərdir. Xarici vətəndaşların 193 min 300 civarında olduğunu yazan rum mətbuatı qeyd edib ki, bu, ümumi əhalinin 21,1 faizinə bərabərdir.
1995-ci ildə 15 yaşa qədər olanların ümumi əhalinin 24,6 faizini, 65 yaşdan yuxarı olanların isə ümumi əhalinin 11 faizini təşkil etdiyini bildirən mətbuat 2021-ci ildə bu göstəricilərin müvafiq olaraq 15,9 və 16,7 faiz olaraq dəyişdiyini yazıb. Vurğulanıb ki, bu da getdikcə adada rumların sayının azalmasına yol aça bilər.