Press "Enter" to skip to content

Dövlət Sosial Müdafiə Fonduna növbəti təltif

Sertifikatın təqdim edilməsi zamanı

Son yeniləmə: 26 Noyabr 2022 12:57

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartları üzrə resertifikasiya mərhələsindən uğurla keçərək növbəti dəfə uyğunluq sertifikatı ilə təltif olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, ABŞ-ın ən böyük akkreditasiya qurumu olan ANAB (ANSI National Accreditation Board) tərəfindən akkreditə olunmuş Türkiyənin “Denetik Uluslararası Belgelendirme ve Gözetim Hizmetleri” şirkətinin rəhbəri Adnan Karadaş sertifikatı DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişova təqdim edib.

Qeyd olunub ki, həmin standartlar Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən 2016-cı ildə dərc olunub. ISO 37001 korrupsiyaya qarşı mübarizə sahəsində qlobal səviyyədə qəbul edilmiş yeganə standart hesab edilir: “Keçirilən sertifikatlaşdırma auditi DSMF-nin antikorrupsiya proqramının bütün tələblərə cavab verdiyini təsdiq edib. Fondda antikorrupsiya tədbirləri ekspertlər tərəfindən yüksək qiymətləndirilib. H.Məmişov son illərdə aparılan sosial islahatlar, DSMF-nin antikorrupsiya proqramı barədə məlumat verib. Fondun fəaliyyət sahələrində şəffaflığın təmin edilməsi, korrupsiyanın qarşısının alınması sahəsində görülən tədbirləri qeyd edib”.

DSMF-nin ISO standartlari üzrə indiyə qədər qazandığı sertifikatlar diqqətə çatdırılıb. Bildirilib ki, fond ötən il “ISO 10002:2018-Keyfiyyət menecmenti – Müştəri-vətəndaş məmnuniyyəti – Təşkilatlardakı şikayətlərin idarə edilməsi haqqında təlimat”, “ISO 26000:2010-Sosial məsuliyyət haqqında təlimat”, ISO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” və ISO 37001 – Rüşvətxorluğa qarşı mübarizənin idarə edilməsi sistemi” beynəlxalq standartları üzrə uyğunluq sertifikatları da əldə edib.

Beləliklə, DSMF-nin ISO beynəlxalq standartları üzrə uyğunluq sertifikatlarının sayı 5-ə çatıb.

Mission News Theme by Compete Themes.