BAYRAQDAR MEDİA – Noyabrın 25-də Prezident İlham Əliyev Bakıda keçirilən “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda iştirak edib. O, eyni zamanda qısa giriş çıxışı ilə iştirakçılara müraciət edib. Daha sonra İ.Əliyev müxtəlif ölkələrdən gəlmiş iştirakçıların suallarını cavablandırıb.
Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Maraqlıdır ki, İ.Əliyevin çıxışı və suallara verdiyi cavablar bir sıra məqamlarla günün trendinə çevrilib. Özəlliklə də onun Güney Azərbaycan türkləri ilə bağlı dedikləri həm ölkə içində, həm də ondan kənarda ciddi diqqət cəlb edib.
Prezident İ.Əliyev eyni zamanda Azərbaycan-Türkiyə münasibətləri haqqında da diqqət çəkən fikirlər səsləndirib.