Press "Enter" to skip to content

Ceyhun Bayramov Aktau şəhərinə səfərə gedib

Ceyhun Bayramov

BAYRAQDAR MEDİA – Noyabrın 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın Aktau şəhərinə səfərə gedib. Səfərdə məqsəd Azərbaycan, Qazaxıstan və Türkiyə xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin ikinci üçtərəfli görüşündə iştirak etməkdir.

Bu barədə BAYRAQDAR MEDİA-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, iyunun 27-də Bakı şəhərində keçirilmiş birinci görüşün davamı kimi bu platformanın məqsədi qeyd olunan ölkələr arasında nəqliyyat, tranzit, kommunikasiya, ticarət və bir sıra digər istiqamətlərdə əlaqələndirilmiş əməkdaşlığın inkişafına töhfə verməkdir. Aktau görüşündə Gürcüstan nümayəndə heyətinin də iştirakı nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.