Press "Enter" to skip to content

Sarıbaba istiqamətində basdırılmış mina sahələrinə baxış keçiriləcək

Hərbi attaşelər və media nümayəndələri tərəfindən

BAYRAQDAR MEDİA – Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri və kütləvi informasiya vasitələrinin nümayəndələri noyabrın 24-də Sarıbaba istiqamətinə yola düşüblər. Səfərdə məqsəd qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılmış Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin aşkar etdiyi Ermənistan istehsalı olan piyada əleyhinə mina sahəsinə baxış keçirməkdir.

Bu barədə BAYARQDAR MEDİA-ya noyabrın 24-də Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin təşkil etdiyi səfər zamanı hərbi attaşelər və media nümayəndələrinə ərazidə aparılan minatəmizləmə tədbirləri və noyabrın 21-də aşkar olunan 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina sahəsi haqqında ərtaflı məlumat veriləcək.

Mission News Theme by Compete Themes.