Press "Enter" to skip to content

Qardaş ölkədə geniş tərkibli Xalq Qurultayı keçirilir

Bişkek şəhərinin mərkəzi

BAYRAQDAR MEDİA – Noyabrın 25-də qardaş Qırğızıstanın paytaxtı Bişkekdə 1-ci Xalq Qurultayı öz işinə başlayacaq. Qurultayda ölkə Prezidenti Sadır Caparov da iştirak edəcək.

Xəbəri BAYRAQDAR MEDİA-ya Prezidentin Mətbuat xidmətindən veriblər.

Xəbərdə deyilir ki, ilk dəfə keçiriləcək ali məclis iki gün davam edəcək. Qurultayda Qırğızıstanın hər tərəfindən mindən çox nümayəndənin iştirakı nəzərdə tutulur. Eyni zamanda Cogorku Keneşin üzvləri, həmçinin nazirlər və dövlət qurumlarının rəhbərləri Qurultay iştirakçıları arasında olacaq.

İki günlük Qurultay Qətnamənin qəbulu ilə başa çatacaq.

Xəbərdə o da bildirilir ki, Qurultay tam olaraq milli və regional TV kanallarında və sosial media hesablarında canlı yayımlanacaq.

Mission News Theme by Compete Themes.