Press "Enter" to skip to content

Almaniyada Güney Azərbaycanlı fəala hücum edilib

Dr. Nurəddin Qərəvi

Son yeniləmə: 24 Noyabr 2022 19:54

BAYRAQDAR MEDİA – “Noyabrın 24-də Almaniyada çox təəssüfedici bir hadisə yaşanıb. Güney Azərbaycanın tanınmış milli-siyasi fəallarından biri Dr. Nurəddin Qərəvi Bonn şəhərində yerləşən evində hücuma məruz qalıb. Ona çoxsaylı bədən xəsarətləri yetiriblər”.

Bu barədə BAYRAQDAR MEDİA-ya Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının sədri, hazırda İsveçdə yaşayan Eldar Qaradağlı məlumat verib.

O, bildirib ki, Dr. Nurəddin Qərəvi “Ana dili” qəzetinin qurucusu və həyatını Güney Azərbaycanın azadlığına həsr etmiş bir görkəmli şəxsdir: “Hazırda hadisənin terror aktı olub-olmaması araşdırılır. Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı adından Nurəddin bəyə “keçmiş olsun” deyirik. Əminik ki, cinayətkarlar tezliklə tapılıb, layiqli cəzalarını alacaqlar”.

Mission News Theme by Compete Themes.