Press "Enter" to skip to content

Ermənistanın yaydığı məlumat yalandır

Müdafiə Nazirliyi

BAYRAQDAR MEDİA – Noyabrın 23-ü saat 13:20 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması nəticəsində qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Yayılan məlumatı qəti surətdə təkzib edirik”,-deyə məlumatda qeyd olunub.

Mission News Theme by Compete Themes.