Press "Enter" to skip to content

Yenisey yazıları ilə bağlı yeni əsər

Son yeniləmə: 23 Noyabr 2022 15:40

BAYRAQDAR MEDİA – Qırğız türkoloqu Nurdin Useevin hazırladığı Qırğız xanlığı (VII-IX) Yazıları-I (Lüğət və Mətnlər) və Qırğız Xanlığı (VII-IX) Yazıları-II (Dil təhlili) adlı iki əsər qırğız türkcəsində nəşr edilib.

Göktürk Yazıları və ya Kitabələri (Göktürk və Yenisey kitabələri) türk dünyası üçün bir çox cəhətdən əhəmiyyətlidir.

Bunlardan birincisi kitabələrin türkcənin ilk yazılı sənədləri olmasıdır.

Məlumata əsasən, bu günə qədər aparılan araşdırmalara görə, Göktürk əlifbası ilə yazılmış yazılar və sənədlər türk dili tarixinin ilk konkret məlumatlarını təşkil edir.

Bu yazıların dili araşdırıldıqda türk dilinin o dövrlə müqayisədə çox inkişaf etmiş bir dil olduğu qənaətinə gəlmək olar.

Yenisey yazıları türkologiya sahəsində mühüm yer tutur. Yenisey kitabələri qırğızların Yenisey çayı boyunca ucaltdıqları və bu gün ümumi sayı təxminən 250 olan yazılardır.

Yazıların Orxon əlifbası kimi bildiyimiz türk damğaları ilə yazıldığı məlumdur.

Beynəlxalq Türk Akademiyasının Qırğızıstan nümayəndəsi, tanınmış qırğız türkoloqu Dr. Nurdin Useev 21 noyabr 2022-ci ildə sosial media hesabında Yenisey Yazıları haqqında iki əsər dərc etdirdiyini açıqlayıb.

Türkoloq “Beş ildir səbirsizliklə gözlədiyim kitablarım çıxıb. Üzərində işlədiyim əsərlə türkologiyaya, qırğızşünaslığa az da olsa töhfə vermişəmsə, mənim üçün çox dəyərlidir. İndi çox xoşbəxtəm”, – deyə bildirib.

Mission News Theme by Compete Themes.