Son yeniləmə: 23 Noyabr 2022 15:39
BAYRAQDAR MEDİA – “Ən mühüm məqsədimiz KKTC-ni müstəqil türk dövləti kimi türk dünyasına, İslam dünyasına və digər dünya dövlətlərinə tanıtmaqdır”.
Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı deyib.
Türkiyənin İnformatika Dərnəyinin (TBD) Antalyada keçirdiyi tədbirdə çıxış edən E.Arıklı, “Türkiyə Yüzyılı” hədəfinə inandığını ifadə edib.
Məlumata əsasən, E.Arıklı deyib:“Ürəyimdə yatan Türkiyə yüz ili deyil. Məhz Türkiyədən çıxan bu atəşin, bu texnologiyanın başda KKTC olmaqla 200 milyonluq türk dünyasını, Adriatikdən Çin səddinə qədər ərazini əhatə etməsi və türk əsrinə çevrilməsidir”.
E.Arıklı gələn il bu tədbirin KKTC-də keçirilməsini təklif edib.