BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev noyabrın 23-də Serbiyaya rəsmi səfərə gedib.
Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Azərbaycan Prezidentini Belqraddakı Nikola Tesla Beynəlxalq Hava Limanında Serbiyalı həmkarı Aleksandr Vuçiç şəxsən qarşılayıb.
Bundan sonra Belqradda İlham Əliyevin təntənəli törənlə qarşılanma mərasimi olub.
Törənin ardından da iki prezidentin təkbətək görüşü keçirilib.
Görüş başa çatdıqdan sonra prezidentlər mətbuata bəyanatlarla çıxış edib.
Mətbuata açıqlamaların ardından iki ölkə arasında rəsmi sənədlərin imzalanma mərasimi keçirilib.
Xəbərlərdə o da deyilir ki, Prezident İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Serbiyanın Baş naziri Ana Brnabiçin başçılığı altında sözügedən ölkənin rəsmiləri ilə geniş tərkibli müzakirələrdə iştirak edib.