Son yeniləmə: 23 Noyabr 2022 15:14
BAYRAQDAR MEDİA – “Nərdivan addım-addım çıxılır. Bu günə qədər bizi həbs etdikləri, nərdivanın ucunun bir yerə çıxmadığı yollara artıq girməyəcəyik”.
Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyəti hakim Ulusal Birlik Partiyasının (UBP) baş katibi Oğuzhan Hasipoğlu deyib.
Məlumata görə, ADA TV-nin qonağı olan UBP baş katibi KKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv kimi qəbul edilməsinin əhəmiyyətinə diqqət çəkib.
O.Hasipoğlu, “Dövlətimizin konstitusiyasında adı keçən Kuzey Kıbrıs Türk Cümhuriyyəti adı ilə Türk Dövlətləri Təşkilatına üzv olduq, bu, bizim üçün ən vacib məqamlardan biridir”, – deyib.
“Türk dövlətlərinin hər birinin imzası ilə heç bir etiraz etmədən bizi müşahidəçi üzv kimi qəbul etdilər. Bundan sonra bütün tədbirlərdə iştirak edəcəyik. Dövlətlərin fərdi şəkildə tanınmasından əvvəl lazımi prosedurları həyata keçiririk”, – deyə o, əlavə edib.