Press "Enter" to skip to content

Keçmiş olsun, qardaş Türkiyə – VİDEO

 Düzcedə baş verən güclü zəlzələ bir çox şəhərlərdə də hiss edilib

BAYRAQDAR MEDİA – Noyabrın 23-də qardaş Türkiyədə Düzcenin Gölyaka rayonunda saat 04.08-də 5,9 bal gücündə zəlzələ baş verib.

Bununla bağlı məlumatda deyilir ki, zəlzələ İstanbul başda olmaqla Ankara, Eskişehir, Bolu, Sakarya, Kocaeli, Kütahya, Bilecik, Bursa və İzmir olmaqla geniş ərazidə hiss olunub.

Zəlzələ bir çox vətəndaşın narahatlığına səbəb olub. Yaşadıqları qorxudan özünü küçəyə atan bir çox insan evlərini tərk edərək küçədə gecələyib.

AFAD-dan verilən açıqlamada 5,9 bal gücündə və 6,81 km dərinlikdə baş verən zəlzələnin episentrinin Düzcenin Gölyaka rayonu olduğu bildirilib.

Daxili işlər naziri Süleyman Soylu zəlzələdən sonra Twitter hesabında rəsmi qurumlara can itkisinin olmadığını açıqlayıb: “Saat 04.08-də Düzcenin Gölyaka rayonunda baş verən 5,9 bal gücündə zəlzələdən sonra çatan bilgilərə görə can itkisi yoxdur”.

AFAD-ın verdiyi son açıqlamalarda zəlzələdən sonra ən böyüyü 4,3 olmaqla 74 təkanın qeydə alındığı bildirilib.

Öz növbəsində Milliyet-ə danışan İstanbul Texniki Universiteti (İTU) Geologiya Mühəndisliyi Bölümü müəllimi Prof. Dr. Ziyadin Çakır Düzcedəki tikinti fondunun bölgəni böyük dağıntıdan qoruduğuna diqqət çəkərək mühüm açıqlamalar verib.

Səhiyyə naziri Fahrettin Koca isə yaralılarla bağlı Twitter hesabından paylaşım edib: “Mövcud məlumata görə, mərkəz Düzce, Gölyaka və bir çox şəhərdə hiss edilən 5,9 bal gücündə zəlzələdə yaralananların sayı Düzcedə 32, İstanbulda 1, Boluda 1, Zonguldakda 1 olmaqla 35-dir”.

Mission News Theme by Compete Themes.