Son yeniləmə: 23 Noyabr 2022 17:41
Doğu Türküstandakı karantin düşərgələrinə yeniləri əlavə edilir
BAYRAQDAR MEDİA – Uyğur türklərini həbs düşərgələrinə qapadan, Doğu Türküstanı dünyanın ən böyük həbsxanasına çevirən Çin rejimi bu dəfə soyqırım siyasətlərinə bir yenisini əlavə edib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumatda bildirilir ki, covıd virusunu bəhanə edərək sərt karantin tətbiqinə başlayan qırmızı Çin rejimi uyğur türklərini məhv etmək üçün nəhəng karantin düşərgələri qurur: “Noyabrın 21-də Doğu Türküstanın Korla şəhərindən sızan görüntülərdə Uyğur türklərini məhv etmək üçün tikilmiş nəhəng düşərgələr əks olunub. Bu karantin düşərgələrinin digər türk toplumlarını, xüsusən də uyğur türklərini məhv etmək üçün tikildiyi düşünülür”.
Doğu Türkistan'da Çin'in karantina kamplarına yenileri ekleniyor
🔗https://t.co/taPsB2wQB2 pic.twitter.com/X3REsEbPWY— QHA – Kırım Haber Ajansı (@qha_kirimhaber) November 22, 2022