BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin 25 iyun 2021-ci il tarixli Fərmanı ilə yaradılan vahid əlaqələndirmə mərkəzlərində ötən dövrdə 66 min 132 şəxsə xidmət göstərilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 23-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, DOST mərkəzlərində, həmçinin Gəncə şəhərində, Masallı, Ucar, Şəmkir, Qusar və Salyan rayonlarında ümumilikdə 48 rayon və şəhər üzrəşəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərə xidmət göstərən 11 vahid əlaqələndirmə mərkəzi fəaliyyət göstərir.
Məlumata əsasən, bu mərkəzlərdə 5 mərkəziicra hakimiyyəti (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi) və 48 yerli icra hakimiyyətiüzrə 26 xidmət “bir pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim edilir.
Həmin xidmətlərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, müalicə, müayinə və s. üzrə xidmətlər daxildir.