Press "Enter" to skip to content

TBMM sədrindən Doğu Türküstan açıqlaması

Son yeniləmə: 22 Noyabr 2022 14:36

Prof. Dr. Mustafa Şentop: Unutmamalıyıq ki, Doğu Türküstan bölgəsində 2 milyondan çox uşaq mədəni assimilyasiyaya məruz qoyulmaq üçün ailələrindən alınaraq düşərgələrdə saxlanılıb

BAYRAQDAR MEDİA – Türkiyə Böyük Millət Məclisinin sədri Prof. Dr. Mustafa Şentop “Yetim və Yetim Uşaqlar Simpoziumu”nda iştirak edib. Məlumata əsasən, o, “Ümumdünya Uşaq Hüquqları Günü” münasibəti ilə Yetimlər Vəqfi, İstanbul Universiteti və Bağcılar Bələdiyyəsi ilə birgə təşkil edilən mərasimdə açılış nitqi söyləyib.

Qeyd edilib ki, M.Şentop, çıxışında Çin rejimi tərəfindən assimilyasiya edilən uyğur türk uşaqlarını xatırladıb: “Unutmamalıyıq ki, Doğu Türküstan bölgəsində 2 milyondan çox uşaq mədəni assimilyasiyaya məruz qoyulmaq üçün ailələrindən alınaraq düşərgələrdə saxlanılıb. Bu problemləri sosial yetimlik kimi qəbul edə bilərik”.

M.Şentop, Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun (UNICEF) keçən ilin sonunda hazırladığı hesabata istinad edərək dünyada 150 milyon uşağın yetim qaldığını və hər gün 10 min uşağın onlara qatıldığını da vurğulayıb.

Mission News Theme by Compete Themes.