Press "Enter" to skip to content

Rum kəsiminin utanc gətirən qərarı

EOKA terror təşkilatının qurucusu Yorgos Qrivas

Son yeniləmə: 22 Noyabr 2022 16:20

BAYRAQDAR MEDİA – Kıbrısın rum kəsimində tikintisi planlaşdırılan Qrivas muzeyinin maliyyələşdirilməsi qərarına əhalidən ciddi etiraz gəlib. Məlumata əsasən, rum kəsiminin parlamenti önünə toplaşan sadə vətəndaşlar bu qərara etiraz ediblər.

AKEL-in baş katibi Stefanunun da iştirak etdiyi nümayişdə iştirakçılar “Ayıb və rüsvayçılıq” şüarını səsləndiriblər.

Haravgi qəzeti Demokratik Müqavimətlər Dərnəyinin üzvlərinin rum parlamenti binası qarşısına toplaşaraq EOKA-nın qurucusu Yorgos Qrivasın muzey tikintisinin maliyyələşdirilməsi qərarına etiraz etdiklərini yazıb.

Məlumat üçün bildirək ki, Yunanıstanın Kıbrıs adasını özünə birləşdirmək üçün ötən əsrin 40-cı illərində başlatdığı “Enosis” (birləşmək) siyasəti nəticəsində 1960-70-ci illərdə Kıbrıs türklərinin başına olmazın faciələr gətirilib. Bu işdə 1955-ci ildə məhz Yunanıstanın birbaşa rəhbərliyi ilə yaradılan EOKA (Ethniki Oraganosis Kyprion Agoniston – Kipr Yunanlarının Azadlığı Təşkilatı) terror təşkilatının əsaəs rolu olub. Bu terror təşkilatı rum kəsimində sadə insanlara qarşı da amansız davranışı ilə ad çıxarıb.

“Enosis”dən “Miatsum”a, EOKA-dan “Krunk”a – VİDEO

Mission News Theme by Compete Themes.