Press "Enter" to skip to content

Növbəti görüş Emin Musavi ilə olacaq

BAYRAQDAR MEDİA – “Məktəbdə…” layihəsinin növbəti görüşü noyabrın 23-də Bakı şəhəri 46 nömrəli tam orta məktəbdə keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 22-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, BŞTİ tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı jurnalist, televiziya və radio aparıcısı, “ASAN Radio”nun direktoru Emin Musavi olacaq.

Görüşdə müəllim-şagird münasibətləri, yeniyetmələrdə ictimai məsuliyyət hissi, təşəbbüskarlıq, ixtisas seçimi, peşə sahələrinə yönəlməyə təsir edən faktorlar və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq. Həmçinin, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Mission News Theme by Compete Themes.