Son yeniləmə: 22 Noyabr 2022 11:41
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə bu ilin 10 ayında 8,9 milyon müraciət qeydə alınıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 22-də Nazirlikdən məlumat verilib.
Bildirilib ki, həmin dövrdə e-təyinatlar davam edib. 210 min pensiya, müavinət, təqaüd təyinatı e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, həmçinin e-qaydada157 min fərdi şəxsi hesab açılıb.
Qeyd edilib ki, 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və vərəsələrindən ibarət 17 min şəxsə proaktiv qaydada birdəfəlik ödəmə təyin edilib: “Hazırda Nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən 10 ayda Nazirliyin informasiya bazalarına edilən sorğu sayı 179 milyon, servislər üzərindən mübadilə sayı isə 12,7 milyon olub”.