BAYRAQDAR MEDİA – Noyabrın 22-də İsrail Prezidenti İsxak Hersoq Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Xəbəri Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
“İsxak Hersoq İsraildə Azərbaycan səfirliyinin açılması barədə qərara görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib və qeyd edib ki, bu, İsrail üçün mühüm dost ölkə və strateji tərəfdaş olan Azərbaycanla çox gözəl münasibətlərdə irəliyə doğru böyük bir addımdır.
“Prezident İlham Əliyev telefon zənginə görə İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa minnətdarlığını bildirib.
“Dövlətimizin başçısı qeyd edib ki, İsraildə Azərbaycan səfirliyinin açılması barədə qərar iki ölkə arasında dostluq əlaqələrini daha da gücləndirir.
“Telefon söhbəti zamanı İsrail-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri müzakirə edilib, gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb”, – deyə xəbərdə bildirilir.
Məsələylə bağlı İsrail Prezidenti də öz sosial media hesabında paylaşım edərək səfirliyin açılması barədə qərardan məmnunluq bildirib: “Bu, bizim vacib dostumuz və strateji tərəfdaşımız Azərbaycanla əla əlaqələrimiz üçün irəliyə doğru böyük bir addımdır”.
I spoke with Azerbaijani President Ilham Aliyev @azpresident today and congratulated him on Azerbaijan's decision to open an embassy in Israel.
This is a great step forward for our excellent ties with Azerbaijan, an important friend and strategic partner. pic.twitter.com/mJCnnXvCOk
— יצחק הרצוג Isaac Herzog (@Isaac_Herzog) November 22, 2022