Press "Enter" to skip to content

“Emin Sabitoğlu” adlı elektron məlumat bazası

Son yeniləmə: 22 Noyabr 2022 14:07

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Emin Sabitoğlu” adlı elektron məlumat bazası hazırlanıb. Bu addım görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı, gözəl mahnılar müəllifi, təkrarolunmaz melodiyalar ustası Emin Sabitoğlunun 85 illik yubileyi münasibətilə atılıb.

Kitabxanadan verilən məluamat görə, elektron məlumat bazası “Könülləri fəth edən Sənətkar”, “Rəsmi sənədlər”, “Emin Sabitoğlunun həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər və sənət dostları Emin Sabitoğlu haqqında”, “Əsərləri”, “Haqqında”, “Xatirə lövhəsi”, “Filmoqrafiya”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.

Mission News Theme by Compete Themes.