Press "Enter" to skip to content

“Biliyini paylaş” layihəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Son yeniləmə: 22 Noyabr 2022 13:55

BAYRAQDAR MEDİABakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin müəllimləri üçün “Biliyini paylaş” layihəsinə başlanılıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 22-də BŞTİ-nin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, iki mərhələdən ibarət olan layihənin keçirilməsində əsas məqsəd ümumi təhsil məktəblərində interaktiv və əsaslandırılmış tədrisə yönəlmiş layihə əsaslı öyrənmənin dərs prosesində tətbiqi ilə bağlı aktual məsələyə diqqətin artırılması, bu istiqamətdə yaradıcı və yenilikçi müəllimlərin qabaqcıl təcrübənin öyrənilməsindən ibarətdir.

Bildirilib ki, birinci mərhələdə layihə əsaslı tədris barədə məlumatlı olan, layihə əsaslı öyrənməni dərs prosesində tətbiq etməyi bacaran yenilikçi və qabaqcıl müəllimlər müəyyənləşdiriləcək: “Layihədə iştirak etmək istəyən müəllimlər noyabrın 25-dək Təşkilat Komitəsi tərəfindən ümumi təhsil məktəblərinə göndərilmiş sorğuda iştirak edəcəklər. İkinci mərhələdə Təşkilat Komitəsi tərəfindən elektron ünvanına təsdiq cavabı göndərilən müəllimlər “Biliyini paylaş” layihəsinin iştirakçısı olacaq. Layihədə fəal iştirak edən müəllimlər BŞTİ tərəfindən təltif ediləcək”.

Mission News Theme by Compete Themes.