Press "Enter" to skip to content

Anlaşa bilmədilər

Serbiya Prezidenti Aleksandr Vuçiç (sağda), Kosovonun Baş naziri Albin Kurti və AB nümayəndəsi Cozef Borel

Son yeniləmə: 22 Noyabr 2022 10:11

BAYRAQDAR MEDİA – Balkanlarda gərginlik davam edir. Bu arada SerbiyaKosovo rəhbərləri Brüssel görüşündə razılığa gələ bilməyiblər.

Bununla baölı məlumatda deyilir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç və Kosovonun Baş naziri Albin Kurti arasında noyabrın 21-də Brüsseldə görüş keçirilib. Avropa Birliyinin vasitəçiliyi ilə iki ölkə arasındakı gərginliyi azaltmaq məqsədilə keçirilən görüş nəticəsiz tamamlanıb. AB nümayəndəsi Cozef Borelin də iştirak etdiyi görüşdə tərəflər gərginliyi azaltmaq üçün heç bir həll yolu tapmayıb.

Məlumat üçün bildirək ki, şəxsiyyət vəsiqəsi və avtomobil nömrə nişanları ilə bağlı yaranan böhran bir müddətdir Serbiya və Kosovo arasında gərginliyə səbəb olub. Bu gərginlik isə hətta silahlı qarşıdurma həddinə qədər yüksəlib.

Serbiya Prezidentindən “cəhənnəm” xəbərdarlığı

 

Mission News Theme by Compete Themes.