Son yeniləmə: 22 Noyabr 2022 15:22
BAYRAQDAR MEDİA – Oktyabrın 26-da elan edilmiş daxili müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib. Elan üzrə 2 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 3 vakant vəzifə müsahibəyə çıxarılıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 4 namizədlə 4 müsahibənin keçirilməsi planlaşdırılır: “Ən yüksək müsabiqə vəziyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Məxfi şöbə, şöbə müdiri (11 vakant yer üzrə 1 namizəd) vəzifəsi üzrə qeydə alınıb.
Müsahibələrin 24 noyabr – 29 oktyabr 2022-ci il tarixləri ərzində keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər”.
Bildirilib ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur: “Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər. Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur”.