Son yeniləmə: 21 Noyabr 2022 15:01
BAYRAQDAR MEDİA – Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) təşkil etdiyi növbəti ənənəvi işgüzar səhər yeməyi noyabrın 20-də olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya TÜİB-dən məlumat verilib.
Bildirilib ki, tədbirdə qardaş Türkiyənin Azərbaycandakı səfiri Doç.Dr. Cahit Bağcı, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer və müşaviri, Türkiyə səfirliyinin müşavirləri, TÜİB üzvləri və media mənsubları iştirak edib.
Qeyd edilib ki, səmimi və işgüzar mühitdə keçirilən ailəvi səhər yeməyi birlik üzvlərinin bir-birlərini daha yaxından tanımasına və işgüzar əlaqələrin genişlənməsinə şərait yaradıb.
Tursium Health Tourism Agency Azərbaycan nümayəndəliyinin dəstəyi ilə keçirilən tədbirin sonunda TÜİB-in yeni üzvlərinə Türkiyə səfiri Doç.Dr. Cahit Bağcı tərəfindən üzvlük plaketi təqdim edilərək, onlara uğurlar arzulanıb.