Press "Enter" to skip to content

Serbiya Prezidentindən “cəhənnəm” xəbərdarlığı

Aleksandr Vuçiç

BAYRAQDAR MEDİA – Bu günlərdə Balkanlarda siyasi gərginlik səngimir. Bölgə ölkələri arasındakə bəzi probelmlər silahlı qarşıdurma təhlüksini ön plana çıxarıb.

Elə Serbiya Prezidenti Aleksandr Vuçiçin son açıqlaması da bundan xəbər verir.

Balkan News xəbər verir ki, A.Vuçiç Kosova tərəfinə müraciət ünvanlayıb. Müraciətində o, noyabrın 21-dən etibarən Kosovoya daxil olacaq Serbiya nömrə nişanlı avtomobillərə cərimənin tətbiqi ilə bağlı qərarın yenidən nəzərdən keçirilməsinin vacibliyini qeyd edib. Serbiya Prezidenti yerli televiziya kanalına verdiyi açıqlamada noyabrın 21-də Brüsseldə Kosova tərəfi ilə görüş keçiriləcəyini də açıqlayıb. O, problemin təkcə avtomobil nömrə nişanları olmadığını vurğulayıb.

Kosova ilə Serbiya arasında gərginliyin son on ildə ən yüksək səviyyədə olduğunu xatırladan Serbiya lideri, “Kosovo Xüsusi Təyinatlı Qüvvələri ölkənin şimalında cərimələr verməyə başlasa, meydanda cəhənnəmlə qarşılaşacaqlar” deyə, xəbərdarlıq edib.

Bu məqamda xatırlatmaq yerinə düşər ki, iyulun sonunda Kosova hökuməti avqustun 1-dən etibarən Serbiya şəxsiyyət vəsiqəsinə sahib şəxslərin Kosovaya daxil olmaları və ölkədən çıxmaları üçün müvəqqəti bəyannamə blanklarının verilməsinə, həmçinin Serbiya tərəfindən Kosovadakı serblərə verilmiş avtomobil nömrə nişanlarının Kosovaya məxsus nömrələrlə dəyişdirilməsinə qərar verib. Kosovadakı serblər buna etiraz edərək ölkənin şimalındakı sərhəd-keçid məntəqələrini bağlayıb və avqustun əvvəlində iki ölkə arasında gərginlik yaşanıb. Kosovo hökuməti qaydaların tətbiqini sentyabrın 1-dək təxirə salmaq qərarına gəlib. Daha sonra Kosova tərəfi avtomobil nömrə nişanlarının yenidən qeydiyyatı prosesinin 2023-cü ilin aprel ayınadək təxirə salındığını, lakin noyabrın 21-dən etibarən bu nəqliyyat vasitələrinin sahiblərinin cərimələnəcəyini bildirib.

Balkanlarda yenidən atəş səsləri

Mission News Theme by Compete Themes.