Son yeniləmə: 21 Noyabr 2022 17:22
BAYRAQDAR MEDİA – Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “8 Mart” adına Mədəniyyət evi Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi münasibətilə tədbir təşkil edib.
Bu barədə Baş İdarədən bildirilib.
Qeyd edilib ki, tədbirdə Xan qızı Natəvanın həyat və yaradıcılığı haqqında məlumat verilib. Həmçinin şairənin qəzəl və rübailəri səsləndirilib.
Məlumata əsasən, bədii hissədə Mədəniyyət evinin “Atəşgah” poeziya dərnəyinin üzvlərinin hazırladıqları kiçik səhnəcikdə Natəvanın yaşadığı dövr təsvir olunub.