Son yeniləmə: 21 Noyabr 2022 16:23
UBP rəhbəri namizədlərlə bir araya gəlib
BAYRAQDAR MEDİA– Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) yenə də seçki həyəcanı var. Dekabrın 25-də bu ölkədə yerli seçkilər keçiriləcək.
Lakin bu seçkilər əvvəlkilərdən fərqlənir. Bunun da səbəbi budəfəki yerli seçkilərin siyasi islahatlar fonunda keçirilməsidir. Koalisiya ortaqlarının təqdim etdiyi bələdiyyələrlə bağlı qanuna əsasən ölkə üzrə 18 bələdiyyə mövcud olacaq.
Bu arada isə hakim Ulusal Birlik Partiyasını (UBP) genel başqanı Ünal Üstel partiyanın namizədləri ilə bir araya gəlib. Məlumata əsasən, UBP-nin bələdiyyə sədrliyinə və bələdiyyə məclisi üzvlüyünə namizədlərinin iştirakı toplantı keçirilib.
UBP-nin yerli idarəetmə baxışı çərçivəsində reallaşdırdığı Bələdiyyələr islahatından sonra ortaya çıxan 18 bələdiyyə üçün 18 prinsipin izah edildiyi “Baxış 2022” toplantısında ölkənin inkişaf addımının yerli bələdiyyədən başlayacağı vurğulanıb. Çıxış edən Ü.Üstel, UBP hökumətinin heç kimin cəsarət etmədiyi yerli idarəetmə islahatını həyata keçirdiyinə diqqət çəkərək, KKTC-də yeni sıçrayış dövrünün yerlərdən başlayacağını qeyd edib.
18 qəsəbədə xidmətdə yerli perspektiv və universal bir anlayış əsaslanan 18 prinsip çərçivəsində yola çıxdıqlarını ifadə edən Ü.Üstel, “Bu seçkidə qalib gələcəyik, güclü bələdiyyələrlə xoşbəxt şəhərlər yaradacağıq” deyib.
O, UBP-nin namizədlərinə inandığını və seçkilərdə böyük uğurlar qazanacaqlarını bildirib: “Bələdiyyə başçılarımız universal bir baxışla xalqa xidmət edəcək. Buna heç bir şübhəniz olmasın. Yaxşı gələcək güclü bələdiyyələrlə gələcək”.