Press "Enter" to skip to content

Ermənistanın yaydığı məlumat tamamilə yalandır

Müdafiə Nazirliyi

Son yeniləmə: 21 Noyabr 2022 09:47

BAYRAQDAR MEDİA – Müxtəlif təxribatlar törədən Ermənistan tərəfi dezinformasiyalarını davam etdirir. Bu arada isə düşmən ölkə növbəti yalanı tirajlayıb.

Müdafiə Nazirliyindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 20-si saat 21:00-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.
“Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – deyə məlumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.